Türkiyənin məşhur rok ifaçısı Şebnem Ferah 6 illik fasilədən sonra yenidən səhnəyə qayıdaraq pərəstişkarları ilə görüşüb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdən sonra baş tutan konsert musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Səhnədə sevilən mahnılarını səsləndirən sənətçi güclü performansı və enerjisi ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.
Gecənin ən diqqətçəkən məqamlarından biri isə konserti izləyən məşhur müğənni Zeynep Bastık ilə bağlı olub. Şebnem Ferahın ifalarını dinləyən Zeynep Bastık duyğularına hakim ola bilməyərək göz yaşlarına boğulub.
Sənətçinin kövrək anları konsert iştirakçılarının da diqqətindən yayınmayıb. Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub.
Şebnem Ferahın illər sonra səhnəyə dönüşü həm pərəstişkarları, həm də musiqi dünyasının tanınmış simaları tərəfindən böyük coşqu ilə qarşılanıb. Konsertdən yayılan görüntülər isə sosial mediada minlərlə bəyənmə və şərh toplayıb.
Musa
Milli.Az