Diş qıcama vərdişi təkcə ağız və diş sağlamlığını deyil, ümumi həyat keyfiyyətini də mənfi təsir altına alır.
Milli.Az xəbər verir ki, xüsusilə yuxu zamanı fərq edilmədən baş verən bu problem səhərlər baş ağrısı, çənə ağrıları və dişlərdə qalıcı zədələnmələrə səbəb ola bilər.
Tibbdə "bruksizm" adlandırılan diş sıxma və qıcama əksər hallarda insanın xəbəri olmadan, əsasən yuxu zamanı baş verir.
Bu problem zaman keçdikcə dişlərdə aşınma, çat və qırıqlara, həmçinin çənə oynaqlarında ağrı və funksional pozğunluqlara yol aça bilər.
Diş sıxma müalicə edilmədikdə çənə oynağında ağrı, ağız açmaqda çətinlik və çeynəmə funksiyasında problemlər yarada bilər. Bəzi hallarda xroniki baş ağrılarının səbəbi də bu vərdiş olur.
Problemin yaranmasında bir çox amil rol oynasa da, stress və narahatlıq əsas səbəblər sırasındadır. Müasir həyatın gərgin tempi, yuxu pozuntuları və psixoloji təzyiq bu halların artmasına səbəb olur.
Mütəxəssislər hesab edirlər ki, erkən diaqnoz və vaxtında görülən tədbirlər dişlərdə və çənə oynaqlarında yarana biləcək qalıcı zədələrin qarşısını almaqda mühüm rol oynayır.
Mina Mikayılova
Milli.Az