Trampın təklifi ABŞ-də sistemi dəyişə bilər

6 İyun 2026 13:17
ABŞ Prezidenti Donald Tramp saatların ildə iki dəfə dəyişdirilməsi praktikasının ləğvini və daimi yay vaxtına keçilməsini təklif edib.
 
Milli.Az xəbər verir ki, o, respublikaçı qanunvericilərə müraciət edərək bu sistemin tam aradan qaldırılmasını istəyib.

Təşəbbüsün əsas məqsədi saat dəyişiminin yaratdığı sağlamlıq və iqtisadi problemlərin azaldılmasıdır. Daimi yay vaxtı gün işığının daha uzun müddət qalmasına imkan verə bilər. Məsələ ilə bağlı ABŞ-da uzun illərdir müzakirələr aparılsa da, hələlik yekun razılaşma əldə olunmayıb.

Asya
Milli.Az