Türkiyənin Ankara şəhərində ailə münaqişəsi faciə ilə nəticələnmək üzrə olub.
Milli.Az xəbər verir ki, məlumata görə, həyat yoldaşı ilə mübahisə edən kişi 3 yaşlı qızını bıçaqla girov götürərək evin pəncərəsinə çıxıb və ətrafdakılara hədə-qorxu gəlib.
Hadisə yerinə polis qüvvələri cəlb olunub. Keçirilən əməliyyat nəticəsində azyaşlı uşaq xilas edilib, şübhəli şəxs isə zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Fidan
Milli.Az