Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

6 İyun 2026 11:14

Prezident İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava məktub ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:

"Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq diləyirəm".

Milli.Az