Qadın işçiyə hörmətsizlik: Müştəri kafeni bir-birinə qatdı - VİDEO

6 İyun 2026 11:18

Türkiyənin İstanbul şəhərində kafelərdən birində yaşanan hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, iddialara görə, kafeyə gələn bir şəxs limonad sifariş edərkən pulu piştaxtanın üzərinə ataraq kobud şəkildə xidmət tələb edib. Kafedə çalışan qadın əməkdaş müştərinin davranışına etiraz edib və onu nəzakətli olmağa çağırıb.

Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Şəxs əsəbiləşərək kafeni dağıtmağa başlayıb.

Hadisə anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. 

Fidan
Milli.Az