Bitkoinin qiyməti görün hardan hara düşdü

6 İyun 2026 10:28

Bitkoinin məzənnəsi 2024-cü il oktyabrın 10-dan bəri ilk dəfə 60 min dollardan aşağı enib.

Milli.Az xəbər verir ki, bunu "Binance" birjasının məlumatları göstərir.
Dünən Bakı vaxtı ilə saat 20:11-ə olan məlumata görə, bitkoin 6.1% ucuzlaşaraq 59 889 dollar səviyyəsində satılıb.
Saat 20:16-da isə kriptovalyutanın qiyməti 60 942 dollar olub ki, bu da 4.4%-lik azalma deməkdir.

Eyni vaxtda "Ethereum" də dəyər itirib. Kriptovalyuta 10.41% ucuzlaşaraq 1 598.31 dollara qədər geriləyib.

Milli.Az