Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı

5 İyun 2026 23:22

Xəbər verdiyimiz kimi, ötən gecə Azov dənizində göyərtəsində 25 azərbaycanlının olduğu 2 gəmi vurulub və hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub.

Milli.Az xəbər verir ki, gəmidə sağ qalan azərbaycanlı danışıb.

"Dünən bizim gəmimizə hücum oldu dron vasitəsilə. Gəminin kapitanı Əhədov Rəcəb və Əliyev Məhəmməd, üçüncü kapitan, xidməti dəyişərkən dron vasitəsilə ilk zərbə endirildi. Biz nə qədər kömək eləmək istəsək də nail ola bilmədik. Sonra ardıcıl üç dənə də zərbə vuruldu gəminin mostik hissəsinə. Onları heç cürə xilas eləyə bilmədik, qaldılar orada." deyə o, bildirib. (ictimai.tv)

Lalə Qüdrətova
Milli.Az