"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.
Sadıq Sadıqov 60 yaşında ürək tutmasından dünyasını dəyişib.
Sabiq prezident 2009-2015-ci illərdə "ağ-qaralar"ın rəhbəri olub.
Klub bu dönəmdə üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb. (Apasport.az)
Milli.Az