İranda 4,8 ballıq zəlzələ oldu

5 İyun 2026 20:38

İranın Fars vilayətinin Baladə şəhərində 4,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, zəlzələ bu gün saat 19:08-də yerin 8 kilometr dərinliyində baş verib.

Hazırkı mərhələdə zəlzələ nəticəsində mümkün zərər və ya itkilərlə bağlı məlumat daxil olmayıb.

Milli.Az