Paytaxtın ən böyük ticarət mərkəzində oğurluq olub

29 Yanvar 2010 16:13
Qaradağ rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, naməlum şəxslər Bakı şəhər sakini Zaur Mahmudova məxsus mağazadan 4700 manat və 1700 dollar pul oğurlayıb.

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları oğurluqda şübhəli bilinən Elxan Kərimov və Xaçmaz rayon sakini Vadim Heybətovu saxlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az