Bakının Yasamal rayonunda yerləşən avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4300 manat dəyərində qızıl boyunbağı oğurlanıb.
Milli.Az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Dəmirov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az