Putin, Zelenski və Xamenei barədə Trampdan açıqlamalar

5 İyun 2026 15:41

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya və Ukrayna liderlərinin bir araya gəlməsi münaqişənin həlli baxımından müsbət addım ola bilər.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, Vladimir Putin və Volodimir Zelenski arasında görüş baş tutsa, bu, olduqca faydalı nəticələr verə bilər.

Jurnalistlərin Trampdan müharibənin dayandırılması üçün Putinin hansı addımları atmalı olduğu barədə sualına isə konkret cavab verilməyib. ABŞ lideri yalnız münaqişənin həlli üçün hər iki tərəfin müəyyən güzəştlərə getməsinin vacib olduğunu vurğulayıb.

Asya
Milli.Az