Azərbaycan Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan qurumlarda dövlət vəsaitlərinin istifadə və idarə edilməsinə dair aparılmış auditin nəticələrini prokurorluq orqanına göndərilməsini qərara alıb.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclasında qərar verilib.
Qeyd edək ki, audit Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində fəaliyyət göstərən qurumlarda dövlət vəsaitlərinin istifadə və idarə edilməsini əhatə edib. Hesablama Palatasının Kollegiyası audit nəticələrinin hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti materialların prokurorluq orqanlarına təqdim olunmasını məqsədəuyğun hesab edib./trend.az
Milli.Az