Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı

5 İyun 2026 11:07

Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası keçirilir.

Milli.Az xəbər verir ki, iclası parlamentin Sədri Sahibə Qafarova açıb.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

İclasın gündəliyinə 8 məsələ daxil edilib.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Milli.Az