Xəbər verdiyimiz kimi, müğənni Pünhan Piriyev Mələk adlı xanımla nişanlanıb.
Milli.Az xəbər verir ki, sənətçi xoş günündə ürəkdən rəqs etməsini tənqid edənlərə cavab verib:
"Deyirlər ki, bəy guya ağır olar. Mən necə varamsa, eləyəm. Bunu başa düşmürlər. Nə olsun ki, bəyəm? Bəyəm deyə, oynamayım? Öz xoş günündə insan şən olmalıdır. Bəziləri kimi özümü dağın başına dartıb, loğvalıq etmirəm".
Pünhan Piriyevin bu açıqlaması izləyicilər arasında da müzakirə doğurub.
Hüseyn
Milli.Az