"Real Madrid"in prezidenti Florentino Peres "Los Blancos"un adını çəkmədiyi futbolçu üçün 150 milyon avro təklif edəcəyini bildirib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, iyunun 7-də "Real Madrid"də prezident seçkiləri olacaq.
"Çərşənbə axşamı günü mən Çempionlar Liqası komandasından böyük oyunçu üçün 150 milyon avro təklif edəcəm! Bu, "Real Madrid" tarixində rekord təklif olacaq", - "Madrid Xtra" öz X sosial şəbəkəsindəki səhifəsində Peresin sözlərindən sitat gətirib.
Milli.Az