Mbappe sevgilisi ilə belə DİNCƏLİR - FOTO

5 İyun 2026 10:20

Kilian Mbappe və ispaniyalı model-aktrisa Ester Esposito birlikdə görüntüləniblər.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bir müddətdir adları birlikdə hallanan cütlük istirahət zamanı kameralara tuş gəlib. Yayılan fotolarda onların olduqca yüksək əhval-ruhiyyədə olduqları diqqət çəkib.

Mövsümün gərginliyindən sonra dincəlmək üçün tətilə yollanan Mbappe və Ester Espositonun səmimi görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılaraq maraq doğurub.

Dünyaca məşhur Elite serialındakı rolu ilə geniş şöhrət qazanan Esposito həm aktrisa, həm də model kimi fəaliyyət göstərir. Onun Mbappe ilə münasibəti isə son aylarda xarici media və maqazin gündəminin ən çox müzakirə olunan mövzularından biri olub.

Cütlüyün tətil görüntüləri internet istifadəçiləri arasında da geniş müzakirələrə səbəb olub. İzləyicilər onların birlikdə görüntülənməsini maraqla qarşılayaraq müxtəlif rəylər paylaşıblar.

Hüseyn
Milli.Az