Müller boşandı - FOTO

5 İyun 2026 09:55

Tomas Müller və həyat yoldaşı Liza Müllernin ayrıldığı barədə məlumat yayılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, cütlük 17 illik evlilik həyatından sonra münasibətlərinə son qoyub. Məlumata əsasən, ayrılıq qarşılıqlı razılıq əsasında baş tutub və tərəflər bu prosesi sakit şəkildə keçirməyə üstünlük veriblər.

İddialara görə, Liza futbolçunun MLS karyerası ilə əlaqədar Şimali Amerikaya köçmək qərarını dəstəkləməyib və onunla birlikdə yeni yaşayış yerinə getməyib.

Cütlüyün hüquqi nümayəndəsi Kristian Şerts məsələ ilə bağlı açıqlamasında bildirib ki, ayrılıq heç bir qalmaqal və ya mübahisə olmadan baş verib. O, tərəflərin şəxsi həyatlarına hörmətlə yanaşılmasını xahiş edib.

Qeyd edək ki, Tomas və Liza Müller 2009-cu ildə ailə qurublar. Uzun illər Almaniyanın nümunəvi cütlüklərindən biri kimi tanınan ikilinin ayrılıq xəbəri azarkeşlər arasında da geniş müzakirələrə səbəb olub.

Hazırda 36 yaşlı Tomas Müller karyerasını "Vankuver"da davam etdirir və yeni mövsümdə komandası ilə uğurlu çıxışını sürdürür.

Hüseyn
Milli.Az