"Mançester Siti" "Real Madrid"in yarımmüdafiəçisi və kapitanı Federiko Valverde üçün təklif hazırlayır.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə jurnalist Əkrəm Konura istinadən bildirir.
Mənbənin məlumatına görə, 27 yaşlı futbolçu "Siti" klubunun əsas hədəflərindən birinə çevrilib və klub transfer üçün təxminən 90 milyon avro sərmayə qoymağa hazırdır.
Ötən mövsüm Valverde bütün yarışlarda 49 oyunda meydana çıxıb, doqquz qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 120 milyon avrodur.
Milli.Az