Dünyanın dörd bir yanındakı şəhərlər fərqli həyat tərzləri təklif edir. Bürclərin bariz xüsusiyyətləri nəzərə alınaraq hazırlanan siyahıda hər bürcü təmsil edən şəhərlər sıralanıb.
Bəzi şəhərlər hərəkətli və rəqabətədavamlı strukturu ilə seçildiyi halda, bəziləri sakitliyi, estetikası və ya azad ruhu ilə diqqət çəkir.
Milli.Az xəbər verir ki, sizin enerjinizə ən uyğun şəhər isə bürclərə görə belə müəyyənləşib:
Qoç - Nyu-York: Sizin sürətli, rəqabətcil və dayanmaq bilməyən xarakteriniz Nyu-York ilə tam üst-üstə düşür. Daim hərəkətdə olmaq tam sizə görədir.
Buğa - Paris: Komfortu, keyfiyyətli həyatı və gözəl şeyləri sevirsiniz. Parisin sakit, amma zərif atmosferi sizə xitab edir.
Əkizlər - Tokio: Maraqlı və dəyişkən təbiətinizə görə daima yeni şeylər kəşf etmək istəyirsiniz. Tokionun bitməyən enerjisi sizi əks etdirir.
Xərçəng - İstanbul: Keçmişinizə bağlı, duyğusal və ailə yönümlüsünüz. Tarix və mədəniyyətlə daxilən bağlı olan İstanbul tam sizə layiqdir.
Şir - Dubay: Göstərişli həyatı sevirsiniz. Böyük layihələr, lüks və diqqətçəkən tikililərlə dolu Dubay xarakterinizə uyğundur.
Qız - Sürix: Düzenli, planlı və detalçısınız. Dünyanın ən nizamlı şəhərlərindən biri olan Sürix sizi təmsil edir.
Tərəzi - Vyana: Estetika və harmoniya sizin üçün önəmlidir. Sənət və memarlığın ön planda olduğu Vyana tam sizə görədir.
Əqrəb - Moskva: Gizli, güclü və qətiyyətlisiniz. Sərt görünüşünüzün altında dərin bir xarakter daşıyırsınız və Moskva bu enerjini əks etdirir.
Oxatan - Banqkok: Azadlığınıza düşkünsünüz. Yeni mədəniyyətlər kəşf etmək və daima hərəkətdə olmaq istəyirsiniz. Banqkok tam sizə görədir.
Oğlaq - London: İntizamlı və hədəf yönümlüsünüz. Maliyyə, iş dünyası və karyera deyiləndə ilka gələn şəhərlərdən biri olan London sizi təmsil edir.
Dolça - Seul: Yenilikçi və fərqli düşünürsünüz. Texnologiya və gələcəklə daxilən bağlı olan Seul, xarakterinizə ən yaxın şəhərlərdən biridir.
Balıqlar - Venesiya: Güclü xəyal gücünə və emosional quruluşa sahibsiniz. Romantik atmosferi ilə Venesiya sizi ən yaxşı əks etdirən şəhərdir.
Lalə Qüdrətova
Milli.Az