Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

4 İyun 2026 23:41

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında final oyununu keçirib.

Milli.Az-ın məlumatına görə, Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. "Tipos Arena"da keçirilən qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub.

Qeyd edək ki, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğudur. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.

Milli.Az