BARZA Collection Tural Möyüfovun ilk fərdi sərgisi olan HÜDUD-u təqdim edir

4 İyun 2026 17:46

Barza Collection Müasir İncəsənət Muzeyinin / MoMA Baku-nun dəstəyi ilə azərbaycanlı rəssam Tural Möyüfovun ilk fərdi sərgisiolan "HÜDUD"u təqdim edir. 

Sərginin kuratoru Barza Collection-un təsisçisi Samirə Səfi olacaq. Layihə 10-23 iyun 2026-cı iltarixlərində Müasir İncəsənət Muzeyində / MoMA Baku-da keçiriləcək. Bu barədə təşkilatçılar məlumat veriblər.

"HÜDUD" sərgisi sərhəd anlayışına müraciət edir - bu anlayışsabit bir xətt kimi deyil, formanın dayanıqlığını itirdiyi və eynizamanda yeni güc qazandığı bir vəziyyət kimi təqdim olunur. Yeniəsərlər silsiləsində Möyüfov bədəni gərginlik, keçid və rəssamlıqtransformasiyası məkanı kimi araşdırır.

Rəssamın əsərlərində insan fiquru tanınma ilə dağılma, bədənləabstraksiya, daxili impulsla plastik forma arasında mövcud olur.Burada deformasiya dağıdıcı bir jest deyil, formanın sərhədlərinivə öz mövcudluğunu qoruma qabiliyyətini yoxlama üsulu kimiçıxış edir.

"HÜDUD" fiqur və abstraksiya arasındakı sərhəd, bədənin bədiiaxtarış materialı kimi dərk edilməsi və daim dəyişən forma haqqında sərgidir.

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.