Epilepsiya dərmanı başqa dərdə çarədir?

22 Avqust 2012 13:15
Milli.Az "Business Standard"a istinadən bildirir ki, Qledstoun Universitetinin professoru Lennart Makın dediyinə görə, "Levetiraietam" preparatı anomal beyin fəallığını sakitləşdirir, yaddaşı bərpa edir.

Alsgeymer xəstəliyi və epilepsiya arasındakı əlaqələrlə bağlı əvvəllər də araşdırmalar aparılıb. Hər iki xəstəlik zamanı beyindəki neyron şəbəkənin normal işi pozulur, yaddaş korşalır, epileptik tutmalar yaşanır.

Sözügedən preparatı qəbul edən pasiyentlərin beynində isə proteinlərin miqdarı normaya düşüb.
Araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.

Milli.Az