Çempion “Sabah” kapitanını GÖNDƏRDİ

4 İyun 2026 14:35

"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə Masazır təmsilçisi məlumat yayıb. 

27 yaşlı müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib. Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb.

"Sabah"ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanan Amin həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

Qeyd edək ki, müdafiəçi 2020-ci ildən "Sabah"da oynayırdı.

Milli.Az