Göyərtəsində ölümcül hantavirusun yayıldığı "MV Hondius" kruiz layneri tezliklə öz fəaliyyətini bərpa edəcək.
Milli.Az xəbər verir ki, "Oceanwide Expeditions" şirkəti səfərlərə iyunun 13-dən etibarən başlamağı nəzərdə tutur.
İlk ekspedisiya Şpitsbergenin Lonqyirbyen şəhərindən başlayaraq Nordeleyke Eyszee arxipelaqından keçəcək.
Gəmi Rotterdam limanına çatdıqdan sonra əsaslı şəkildə dezinfeksiya olunub.
Milli.Az