“Fənərbağça”nın prezidenti həbs cəzası ALDI

4 İyun 2026 14:17

Sadettin Saran ilə bağlı qanunsuz mərc oyunlarının reklamı və təşviqi iddiaları üzrə aparılan məhkəmə prosesində qərar verilib.

Milli.Az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, "Fənərbağça"nın prezidenti  Saran barəsində açılmış cinayət işi üzrə məhkəmə hökmünü elan edib. Qərara əsasən, o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası alıb. 

İş materiallarında Sadettin Saranın sahibi olduğu yayım platformasında futbol qarşılaşmaları zamanı qanunsuz mərc saytlarının reklamlarının yayımlandığı iddia olunurdu. Məhkəmə prosesi çərçivəsində tərəflərin mövqeləri dinlənilib və yekun qərar qəbul edilib.

Qeyd edək ki, Sadettin Saran daha əvvəl ittihamları qəbul etmədiyini və yayımlanan beynəlxalq matçların siqnalına texniki müdaxilə imkanlarının olmadığını bildirmişdi. 

Məhkəmə qərarı Türkiyə idman ictimaiyyətində və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hüseyn
Milli.Az