Mourinyo Türkiyəni Avropa məhkəməsinə şikayət etdi

4 İyun 2026 14:02

Joze Mourinyo Türkiyəni Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis buna səbəb kimi "Fənərbaxça"da işlədiyi zaman ona verilən cəzaları əsas gətirib. 

Təcrübəli mütəxəssis İstanbul klubunda çalışarkən TFF tərəfindən tətbiq edilən cəzalara görə ona əsaslandırılmış izahatların verilmədiyini, ifadə azadlığı hüququnun əlindən alındığını iddia edib.

Milli.Az