Vaşinqton və Tehran arasında aparılan danışıqlar müsbət irəliləyir və İranla mümkün razılaşma həftəsonu bağlana bilər.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, İran nüvə silahı hazırlamamaq öhdəliyini qəbul etməyə yaxındır.
Tramp həmçinin qeyd edib ki, razılaşma əldə olunarsa, Hörmüz boğazında gəmiçiliyin tam bərpası sürətlənəcək. ABŞ lideri əlavə edib ki, bölgədə vəziyyət nəzarət altındadır və Benyamin Netanyahu ilə əməkdaşlıq davam edir.
Milli.Az