Gənclik FOTOlarını paylaşdı

4 İyun 2026 09:53

Bloqer və influenser Aynişan Quliyeva sosial şəbəkədə etdiyi paylaşımla izləyicilərinin diqqətini cəlb edib.

Milli.Az xəbər verir ki, 34 yaşlı influenser şəxsi hesabında gənclik illərinə aid arxiv fotolarını izləyiciləri ilə bölüşüb. Paylaşım qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər toplayaraq geniş marağa səbəb olub.

İzləyicilər Aynişanın illər əvvəl çəkilmiş görüntülərini indiki görünüşü ilə müqayisə edərək müxtəlif fikirlər səsləndiriblər. Bəzi istifadəçilər onun illər ərzində dəyişimini müzakirə edərkən, digərləri isə fotoların nostalji hisslər yaratdığını qeyd ediblər.

Sosial şəbəkələrdə geniş yayılan paylaşım qısa zamanda müzakirə mövzusuna çevrilib. 

Musa
Milli.Az