“Qalatasaray” ona illik 10 milyon maaş təklif edir

4 İyun 2026 11:00

"Milan"ın portuqaliyalı hücumçusu Rafael Leao "Qalatasaray"a keçə bilər.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  bu barədə jurnalist Daniele Longoya istinadən bildirir.

Cinah oyunçusu daha əvvəl yayda İtaliya klubundan ayrılacağını açıqlamışdı.

Mənbənin məlumatına görə, Türkiyə komandası oyunçuya ildə 8 milyon avro maaş və 2 milyon avro bonus təklif edir. İtalyanlar transfer üçün təxminən 60 milyon avro istəyirlər.

Ötən mövsüm 26 yaşlı portuqaliyalı bütün yarışlarda 31 oyunda meydana çıxıb, 10 qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 50 milyon avrodur.

Milli.Az