Bahalı maşınını göstərdi - FOTO

4 İyun 2026 09:20

Rusiyalı reper Timati sosial şəbəkədə etdiyi son paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi şəxsi hesabında ağ rəngli, klassik idman avtomobilləri arasında xüsusi yer tutan Lamborghini Diablo modelinin fotosunu izləyiciləri ilə bölüşüb.

Paylaşım qısa müddətdə avtomobil həvəskarlarının marağına səbəb olub. Bir çox istifadəçi əfsanəvi modelin dizaynını və nadir avtomobillər arasında yer almasını xüsusi vurğulayıb.

Məlumata görə, bu avtomobilin vəziyyətindən və buraxılış ilindən asılı olaraq bazar dəyəri 800 min manatdan da yüksək ola bilər.

Timatinin paylaşdığı kadrlar sosial şəbəkələrdə geniş yayılaraq müzakirələrə səbəb olub. İzləyicilər lüks avtomobilə heyranlıqlarını ifadə edərək çoxsaylı rəylər yazıblar.

Musa
Milli.Az