"Real Madrid"ə təyinatı gözlənilən məşqçi Joze Mourinyo ilk transfer prioritetini müəyyənləşdirib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, portuqaliyalı menecer Madrid klubundan "Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiorini transfer etmələrini istəyib. Jurnalist Ramon Alvarez de Mon bu barədə sosial mediada məlumat verib.
Mənbənin məlumatına görə, Mourinyo oyunçunun çoxyönlülüyündən təsirlənib - o, həm mərkəzi müdafiədə, həm də sol cinahda oynaya bilir. Ötən mövsüm oyunçu "Arsenal"da bütün yarışlarda 36 oyunda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 55 milyon avrodur.
Milli.Az