"Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Gülerin vurduğu qol İspaniya çempionatının 2025/26 mövsümünün ən gözəl qolu seçilib.
Milli.Az xəbər verir ki, 21 yaşlı türkiyəli futbolçu bu uğura La Liqanın 28-ci turunda "Elçe"yə qarşı keçirilən oyundakı möhtəşəm qoluna görə layiq görülüb.
Martın 14-də "Elçe"ni doğma meydanında qəbul edən "Real Madrid" 4:1 hesablı qələbə qazanıb. Matçda son nöqtəni 89-cu dəqiqədə meydanın özlərinə aid hissəsindən zərbə endirən Gülər qoyub.
Nəticədə top qonaqların qapıçısının üzərindən aşaraq tora daxil olub.
Milli.Az