Dilan Polada hücum edildi, mühafizəçisi öldürüldü – VİDEO

3 İyun 2026 23:52

Türkiyənin məşhur sosial media fenomenlərindən olan Dilan Polat ailəsi ilə birlikdə Alaçatıda tətildə olarkən silahlı hücuma məruz qalıb.

Milli.Az xəbər verir ki, otel otağında köməksiz vəziyyətdə qalan Dilan Polat sosial media vasitəsilə canlı yayım açaraq kömək istəyib.

Ağlayaraq video paylaşan Polat fəryad edib.

Xəbərdə qeyd olunur ki, Dilan Polatın yoldaşı Engin Polatın əmisi oğlu, eyni zamanda ailənin mühafizəçisi vəzifəsini yerinə yetirən Can Polat güllələnib. O, təcili yardımla xəstəxanaya çatdırılıb. Edilən bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.  (bizim.media)

Milli.Az