Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin marağına səbəb olub.
Milli.Az xəbər verir ki, videoda Qafqaz çoban iti cinsinə mənsub olan və "Yoqi" adı verilən nəhəng it yer alıb. Ölçüləri ilə diqqət çəkən heyvanın görüntüləri qısa zamanda internet istifadəçilərinin marağını cəlb edib.
Yayılan videolarda "Yoqi"nin adi ev itlərindən qat-qat böyük olduğu görünür. Hətta onun ölçülərinin o qədər böyük olduğu bildirilir ki, evdəki divana tam şəkildə yerləşməkdə çətinlik çəkir.
Nəhəng görünüşünə baxmayaraq, itin sakit və mehriban davranışları da izləyicilərin diqqətindən yayınmayıb. Bir çox sosial media istifadəçisi "Yoqi"ni "əhəng, amma sevimli dost" adlandırıb.
Görüntülər qısa müddətdə minlərlə baxış toplayaraq geniş müzakirələrə səbəb olub. İzləyicilər itin qeyri-adi ölçülərinə heyran qaldıqlarını bildiriblər.
Musa
Milli.Az