Mourinyo 6 futbolçunu "Real"dan göndərəcək

3 İyun 2026 20:56

Joze Mourinyo "Real Madrid"ə gəlsə, klubdan 6 futbolçunu göndərəcək. 

Milli.Az xəbər verir ki, bu futbolçular Eduardo Kamavinqa, Rodriqo, Franko Mastantuono, Fran Qarsiya, Rauf Asensio və Dani Sebalyosdur.

Adıçəkilən oyunçular portuqaliyalı mütəxəssisin planlarına daxil deyil. 

Mourinyo Madrid təmsilçisinin rəhbərliyindən "Arsenal"ın oyunçusu Rikkardo Kalafiorinin transferini də istəyib. 

Qeyd edək ki, Mourinyonun "Kral klubu"nun yeni baş məşqçisi olması tezliklə açıqlanacaq. (Offsideplus.az)

Milli.Az