Şəhid atası vəfat etdi - FOTO

3 İyun 2026 20:03

Şəhid Elvin Əhmədovun atası Qələndər Əhmədov dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhum Qazax rayonunun Qarapapaq kənd qəbirlistanlığında, şəhid oğlunun yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Elvin Əhmədov 2023-cü ilin 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub.

O, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli.Az