Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Zərərçəkən polisə müraciət edərək ona məxsus kafedən 600 manatın talandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirli və V.Nəsirov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
Milli.Az