Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO

3 İyun 2026 18:13

Avropa İttifaqı (Aİ) və Azərbaycan "Tərəfdaşlıq Prioritetləri" sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb.

Milli.Az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib.

"Bizim əsas fokusumuz daha güclü dialoq, bağlantı və iqtisadi əməkdaşlıqdır", - paylaşımda qeyd olunub.

Milli.Az