Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı təqdim olunub.
"Kiçik Solistlər" adlı konsert proqramında Estrada-Simfonik Orkestrinin müşayiətilə istedadlı uşaqlar səhnəyə çıxaraq müxtəlif janrlarda musiqi nömrələri təqdim ediblər. Uşaqların rəngarəng çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Proqramın əsas məqsədi uşaqların yaradıcılıq potensialının nümayiş etdirilməsi və gənc istedadların dəstəklənməsidir. Bayram əhval-ruhiyyəsində keçən tədbir iştirakçılara unudulmaz anlar yaşatdı.
Milli.Az