Türkiyənin İzmir şəhərində qeydə alınan hadisə sosial şəbəkələrdə geniş rezonans yaradıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan görüntülərdə parkda yuxuda olan yaşlı kişinin iki nəfər tərəfindən narahat edildiyi əks olunub. İddialara görə, həmin şəxslər bu anları mobil telefonla lentə alaraq paylaşıblar.
Videonun sosial mediada yayılmasından sonra istifadəçilər hadisəyə sərt reaksiya veriblər. Bir çox şəxs yaşlı insana qarşı bu cür davranışın yolverilməz olduğunu bildirərək məsul şəxslərin cəzalandırılmasını tələb edib.
Məlumata əsasən, hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Şübhəli şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görüldüyü bildirilir.
Yaşlı kişinin səhhəti ilə bağlı isə hələlik rəsmi məlumat açıqlanmayıb.
Geniş müzakirələrə səbəb olan görüntülər qısa müddətdə minlərlə baxış toplayaraq gündəmə çevrilib.
Musa
Milli.Az