Aziz Yıldırımdan buna görə hər kəs QORXUR - VİDEO

3 İyun 2026 15:10

Türkiyənin tanınmış futbol adamlarından olan Aziz Yıldırım barədə sosial şəbəkələrdə və müxtəlif platformalarda maraqlı iddialar yayılıb.

Milli.Az xəbər verir ki, paylaşımda uzun illər "Fənərbağça"ya rəhbərlik etmiş Aziz Yıldırımın geniş əlaqələrə malik olduğu və müxtəlif iri layihələrdə iştirak etdiyi irəli sürülür. Müzakirələrdə onun iş dünyasında təsirli fiqur kimi tanındığı vurğulanır.

Sosial mediada yayılan bəzi paylaşımlarda Yıldırımın dövlət qurumları və türk silahlı qüvvətləri ilə əlaqəli layihələrdə iştirak etdiyi iddia edilir. Rəqiblərinin qorxulu röyası olan Aziz Yıldırımın müxtəlif beynəlxalq və strateji layihələrlə əlaqələrinin olduğu iddia edilir. "Bəzi iddialara görə, Aziz Yıldırımın NATO ilə əlaqələri mövcuddur. Bildirilir ki, bu cür layihələrin həyata keçirilməsi üçün təkcə maliyyə imkanları kifayət etmir, eyni zamanda geniş təcrübə, etibarlı tərəfdaşlar və güclü əlaqələr də mühüm rol oynayır. Bununla bağlı müxtəlif fikirlər səsləndirilsə də, iddialar rəsmi şəkildə təsdiqlənməyib.

Mövzu ilə bağlı yayılan paylaşımlar istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Bəzi şəxslər onun uzun illər ərzində formalaşdırdığı nüfuz və əlaqələrdən bəhs edərkən, digərləri bu kimi iddiaların yalnız rəsmi mənbələr tərəfindən təsdiqləndikdən sonra qiymətləndirilməsinin vacibliyini qeyd ediblər.

Hüseyn
Milli.Az

Milli.Az xəbər verir ki,