Yod pomidor şitillərinin sağlam inkişafına və gələcək məhsuldarlığın artmasına kömək edə bilər.
Milli.Az xəbər verir ki, aqronomların sözlərinə görə, yod bitkilərin qida maddələrini daha yaxşı mənimsəməsini təmin edir, kök sistemini gücləndirir və göbələk infeksiyalarına qarşı qoruyucu təsir göstərir.
Qeyd olunur ki, xüsusilə zəif və solğun görünən şitillərdə yod məhlulu müsbət nəticə verə bilər. Bundan əlavə, onun "qara ayaq" kimi xəstəliklərin yaranma riskini azaltmağa kömək etdiyi bildirilir.
Mütəxəssislər dozanın düzgün seçilməsinin vacibliyini vurğulayırlar. Tövsiyəyə görə, 1 litr suya cəmi 1 damcı yod əlavə edilməli və məhlul iki həftədə bir dəfədən çox istifadə olunmamalıdır.
Milli.Az