Zeynəb Xanlarova uzun aradan sonra görüntüləndi - FOTO

3 İyun 2026 14:17

Əməkdar artist Gülüstan Əliyeva paylaşımı ilə diqqət çəkib. 

Milli.Az xəbər verir ki, o, Xalq artisti Zeynəb Xanlarova ilə fotosunu paylaşıb.

Xanəndə hisslərini bu sözlərlə ifadə edib:

"Canlı əfsanə, Xalq artisti Zeynəb Xanlarova ilə görüşmək mənim üçün böyük şərəf və unudulmaz bir xoşbəxt an oldu. Azərbaycan musiqisinin qızıl səsi olan bu dəyərli sənətkarın səmimiyyəti, müdrikliyi və böyük sənət yolu insana dərin bir ilham verir. Sənəti ilə milyonların qəlbində taxt quran Zeynəb xanıma möhkəm can sağlığı və yaradıcılığında yeni, parlaq uğurlar arzulayıram".

Milli.Az