Dünyanın nüfuzlu transfer portalı "Transfermarkt" Şimali Amerika Futbol Liqasının (MLS) ən yüksək bazar dəyərinə malik 5 futbolçusunun siyahısını dərc edib.
Milli.Az xəbər verir ki, reytinq cədvəlinə "Toronto" klubunun amerikalı hücumçusu Coş Sarcant başçılıq edir. 36 yaşlı forvardın transfer qiyməti 16 milyon avro dəyərində qiymətləndirilir.
Siyahıda növbəti yerləri aşağıdakı futbolçular bölüşürlər:
Evander ("Sinsinnati", yarımmüdafiəçi) - 16 milyon avro
Lionel Messi ("İnter Mayami", hücumçu) - 15 milyon avro
Anders Dreyer ("San-Dieqo", yarımmüdafiəçi) - 15 milyon avro
Son Hın Min ("Los-Anceles", hücumçu) - 15 milyon avro
Qeyd edək ki, siyahıda yer alan ulduz futbolçulardan Lionel Messinin bazar dəyəri ötən dövrlərlə müqayisədə bir qədər ensə də, o, hələ də liqanın ən bahalı oyunçuları sırasındakı mövqeyini qoruyur.
Milli.Az