Sosial şəbəkələrdə hədiyyə satışı trendi: Fürsət yoxsa dəyərsizlik? - FOTO

3 İyun 2026 13:00

Sosial şəbəkələrdə yeni trendlər yayılıb. Onlardan biri də hədiyyələrin yenidən satılması trendidir. Hətta ikinci əl hədiyyə və gül buketlərinin alıcıları da az deyil desək yerinə düşər. 

Bəs bu nə dərəcədə düzgündür? 

Milli.Az xəbər verir ki, bəziləri üçün bu fürsət kimi görünsə də, bəziləri isə bunu verilən hədiyyəyə göstərilən dəyərsizlik kimi qiymətləndirir. 

Məsələ ilə bağlı psixoloq Aygün Ağabalayeva açıqlama verərək bildirib ki, bəzi insanlar hədiyyələrə xüsusi önəm vermir və onlar üçün nəsə önəm daşımır:

"Həmin insan hədiyyəni satırsa, o demək deyil ki, o insana qarşı sevgisi azalır. Digər tərəfdən hədiyyə verən şəxs üçün bu vəziyyət emosional vəziyyət yarada bilər. Bəziləri bu haloa mənfi yanaşa və aldığı hədiyyənin satılmasına qarşı çıxa bilərlər. Bu isə münasibətə xələl gətirə, emosional bağın zədələnməsinə səbəb ola bilər". 

Qeyd edək ki, insanlar qarşı tərəfə hədiyyə seçərkən adətən onun zövgünü nəzərə alaraq daha önəmli yanaşırlar. Hədiyyəyə münasibət isə bir çox hallarda onu təqdim edən şəxsə münasibət kimi başa düşünür. 

Asya
Milli.Az