İran Küveyt hava limanını VURDU: Yaralananlar var - VİDEO

3 İyun 2026 11:43

İranın Küveyt və Bəhreyndəki ABŞ hədəflərinə hücumlarından sonra Küveyt Beynəlxalq Hava Limanında təcili vəziyyət planı işə salınıb. 1-ci Terminalın raket və dronlarla hədəfə alındığı, bəzi obyektlərə ziyan dəydiyi və insan tələfatı ilə nəticələndiyi açıqlanıb.

Milli.Az xəbər verir ki, uçuşlar dayandırılıb və yaxınlıqdakı hava limanlarına yönləndirilib.

İran ABŞ-ın Qeşm adasına hücumuna cavab olaraq Küveyt və Bəhreyndəki Amerika hərbi obyektlərinə raket və dronlarla zərbələr endirib.

İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Küveyt Beynəlxalq Hava Limanına ziyan dəyib.

Milli.Az