Həmin qidaların müntəzəm istifadəsi xərçəng riskini artırır - XƏBƏRDARLIQ

4 İyun 2026 02:02

Gündəlik 50 qram emal olunmuş ət məhsullarının - kolbasa, sosiska və bekonun qəbulu kolorektal xərçəng riskini təxminən 18 faiz artırır.

Milli.Az xəbər verir ki, bu barədə terapevt və qastroenteroloq Olqa Suxareva sosial şəbəkələrdə yayılan, "bir porsiya kolbasa və ya şirniyyatın xərçəng yaratdığı" iddialarını şərh edərkən bildirib.

Həkimin sözlərinə görə, emal olunmuş ətlər Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) tərəfindən tütünlə birlikdə 1-ci qrup kanserogenlər siyahısına daxil edilsə də, bu, onların eyni dərəcədə təhlükəli olması demək deyil. Bu təsnifat yalnız həmin amillərin insanlarda xərçəng yaratdığına dair kifayət qədər elmi sübutların mövcudluğunu göstərir.

Suxareva vurğulayıb ki, siqaret çəkməyin yaratdığı risk emal olunmuş ətlərin təsirindən qat-qat yüksəkdir. Onun sözlərinə görə, siqaret çəkən şəxslərdə ağciyər xərçənginə tutulma ehtimalı siqaret çəkməyənlərlə müqayisədə 15-30 dəfə çox ola bilər.

Mütəxəssis həmçinin bağırsaq mikroflorasının bərpası üçün faydalı qidaları da sadalayıb. Siyahıya təbii qatıq, kefir, asidofil südü, turş kələm, kimçi, yaşıl banan və yulaf əzməsi daxildir. Bu məhsulların probiotik və prebiotik xüsusiyyətləri sayəsində bağırsaq sağlamlığını dəstəklədiyi qeyd olunub.

Milli.Az