Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Qurumdan Milli.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
Milli.Az